Ukraynada fiziki şəxslərə nağd hesablaşmalar üzrə gündəlik limit azaldılıb

Ukraynada fiziki şəxslərə nağd hesablaşmalar üzrə gündəlik limit azaldılıb Qərarın qeyri-nağd hesablaşmaların həcmini artıracağı gözlənilir
Maliyyə
4 Yanvar , 2017 15:51
Ukraynada fiziki şəxslərə nağd hesablaşmalar üzrə gündəlik limit azaldılıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Bu gündən Ukrayna Mərkəzi Bankı (UMB) fiziki şəxslərə nağd hesablaşmalar üçün müəyyən edilmiş gündəlik limiti 3 dəfə azaldıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, sözügedən məbləğ 150 min qrivnadan (5 500 ABŞ dolları) 50 min qrivnaya (1 800 dollar) salınıb. 

UMB-nin bununla bağlı yaydığl açıqlamada bildirilir ki, qəbul olunmuş qərara əsasən, fiziki şəxslərin müəssisələrlə gündəlik nağd hesablaşma həcmi və öz aralarında notarial qaydada təsdiq olunmuş alqı-satqı əqdinə uyğun olaraq nağd hesablaşma həcmi 50 min qrivnadan artıq ola bilməz. Qurumun bununıa nağd pul kütləsinin bank sisteminə sabit daxil olmasını və iqtisadiyyatın qeyri-nağd hesablaşmalar sektorunun inkişafını təmin etmək niyyətindədir. 

UMB-də hesab edirlər ki, bu halda qeyri-nağd hesablaşmalar hər hansı məhdudiyyət olmadan həyata keçiriləcək və hər bir bank müştərinin tələbinə uyğun olaraq qeyri-nağd köçürmələri həyata keçirməyə məcbur olacaq. 

Son xəbərlər

Orphus sistemi