UBS-in xalis mənfəəti 11% azalıb

UBS-in xalis mənfəəti 11% azalıb Bu ilin II rübündə dünyanın və İsveçrənin aktivlərin idarə edilməsi üzrə lideri -UBSinvestisiya bankının xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 11% azalaraq 1,2 milyard ABŞ dollarına düşüb.
Maliyyə
21 İyul , 2020 15:50
UBS-in xalis mənfəəti 11% azalıb

Bu ilin II rübündə dünyanın və İsveçrənin aktivlərin idarə edilməsi üzrə lideri - UBS investisiya bankının xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 11% azalaraq 1,2 milyard ABŞ dollarına düşüb. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə UBS-in əməliyyat gəlirləri 7,4 milyard ABŞ dolları (illik müqayisədə 1,7% az), əməliyyat xərcləri 5,8 milyard ABŞ dolları (0,8% çox) təşkil edib. Son nəticədə Bankın vergiyəqədərki mənfəəti 10% azalaraq 1,6 milyard ABŞ dolları olub. 

Son 1 ildə UBS-in aktivləri isə 7,2% artaraq 57 milyard ABŞ dollarına yüksəlib. 

Son xəbərlər

Orphus sistemi