UBS: "FED bu il faiz dərəcələrini 3 mərhələdə azaldacaq"

UBS: "FED bu il faiz dərəcələrini 3 mərhələdə azaldacaq" İsveçrənin “UBS” investisiya bankı bu il ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini 3 mərhələdə azaldacağını proqnozlaşdırır.
Maliyyə
14 Yanvar , 2020 13:13
UBS: FED bu il faiz dərəcələrini 3 mərhələdə azaldacaq

İsveçrənin “UBS” investisiya bankı bu il ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini 3 mərhələdə azaldacağını proqnozlaşdırır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, digər investisiya banklarının əksəriyyəti bu il FED-dən faiz endirimi gözləmir və ya ən çox bir dəfə faiz endiriminə gedəcəklərini proqnozlaşdırırlar.

Bundan başqa investisiya bankı ABŞ-Çin arasında ticarət müqaviləsinin 1 mərhələsinin imzalanması bu ilin ilk yarısında ABŞ-da iqtisadi inkişafı 0,5% artıracağını vurğulayıblar.

“Əlavə tariflər ABŞ-da iqtisadi artımı azaldacağını, bununla da FED-in 3 mərhələdə faiz endiriminə gedəcəyini düşünürük. İlk faiz endirimi iqtisadiyyatın vəziyyətindən aslı olaraq mart ayında reallaşa bilər. Ancaq ABŞ iqtisadiyyatında bu il resesiya gözləmirik”, – bankın mütəxəssisi bildirib.

Son xəbərlər

Orphus sistemi