“U.S. Bank” həmçinin CFPB-ya cərimə olaraq 5 mln. dollar, Xəzinədarlıq Departamentinə isə 4 mln. dollar ödəyəcək.
Bank 2011-ci ildən indiyədək 15 mln. müştərisinə 4,5 mlrd. dollar kompensasiya ödəyib. CFPB-nin açıqlamasına görə, 2004-2012-ci illərdə 420 mindən artıq “U.S. Bank” müştərisi öz kredit kart hesablarını, elektron poçt adreslərini yoxladıqları vaxt və hansısa məbləğdə kredit əldə etdikləri zaman qanunsuz olaraq pul ödəyiblər. Əslində isə bu xidmətlərə görə xərclər bir neçə il bundan öncə ləğv edilib.
“U.S. Bank” rəsmisi isə bu növ problemin yaranmasına təəssüflədiyini açıqlayıb və xidmətlərindən razı qalmayan müştərilərə kompensasiya ödəyəcəklərini deyib.
Bu, CFPB-nin banklara qarşı qaldırdığı 7-ci iddiadır. Eyni zamanda, aparılan kart əməliyyatları və göstərilən digər xidmətlər zamanı müştəriləri aldatdığı üçün “Bank of America”ya 727 mln. dollar kompensasiya ödəmək cəzası kəsilib.
Xatırladaq ki, baş ofisi Minniapolis (Minneapolis) şəhərində yerləşən, ümumilikdə isə ABŞ-ın 25 ştatında 3 174 filialı olan “U.S. Bank”ın aktivlərinin həcmi 389 mlrd. dollar civarındadır.