Türkiyənin qızıl-valyuta ehtiyatları bir qədər artıb
- 13 aprel, 2017
- 13:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 aprel. REPORT.AZ/ Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) 1-7 aprel həftəsində 666 mln. ABŞ dolları və ya 0,63% artaraq 106,346 mlrd. dollar təşkil edib.
"Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində qızıl ehtiyatları 319 mln. dollar və ya 1,86% artaraq 17,421 mlrd. dollara, valyuta ehtiyatları isə 347 mln. dollar və ya 0,39% artaraq 88,925 mlrd. dollara çatıb.
Bu ilin yanvarın 1-i ilə müqayisədə qızıl ehtiyatları 23,98% artıb, valyuta ehtiyatları isə 3,4% azalıb. Məcmu ehtiyatlar isə ilin əvvəli ilə müqayisədə 0,23% artıb. Xatırladaq ki, ötən həftə Türkiyənin qızıl-valyuta ehtiyatları 1,453 mlrd. dollar və ya 1,42% azalma göstərib. Ötən ilin müvbafiq dövrü ilə müqayisədə məcmu ehtiyatlar 8,78% azalma göstərib.
Hesabat həftəsində xarici investorlar Türkiyə maliyyə bazarlarından 603 mln. dollar həcmində qiymətli kağız alıb. Bunun 116 mln. dolları səhm, 487,3 mln. dolları istiqraz və 2,1 mln. dolları korporativ istiqrazlar olub.