Türkiyənin qızıl-valyuta ehtiyatları 1,5 mlrd. dollar azalıb

Türkiyənin qızıl-valyuta ehtiyatları 1,5 mlrd. dollar azalıb Xarici inverstorlar Türkiyədə bir həftədə 340 mln. dollarlıq qiymətli kağızlar alıb
Maliyyə
30 Mart , 2017 16:05
Türkiyənin qızıl-valyuta ehtiyatları 1,5 mlrd. dollar azalıb

Bakı. 30 mart. REPORT.AZ/ Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) 18-24 mart həftəsində 1,486 mlrd. ABŞ dolları və ya 1,37% azalaraq 107,205 mlrd. dollar təşkil edib.

"Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində qızıl ehtiyatları 362 mln. dollar və ya 2,14% artaraq 17,256 mlrd. dollara çatıb, valyuta ehtiyatları isə 1,848 mlrd. dollar və ya 2,01% azalaraq 89,959 mlrd. dollara düşüb. Bu il yanvarın 1-i ilə müqayisədə qızıl ehtiyatları 22,74% artıb, valyuta ehtiyatları isə 2,27% azalma göstərib. Məcmu ehtiyatlar isə ilin əvvəli ilə müqayisədə 1,04% artıb.

Qeyd edək ki, Türkiyədə hesabat həftəsində qeyri-rezidentlər qiymətli kağızlar bazarında 340 mln. dollarlıq alış həyata keçirib. Onlar 399 mln. dollarlıq istiqraz alıblar, 59 mln. dollarlıq səhm satıblar.

Son xəbərlər

Orphus sistemi