Türkiyənin din rəsmisi insanları kriptovalyuta ilə ehtiyatlı olmağa çağırıb

Maliyyə
  • 11 fevral, 2022
  • 13:14
Türkiyənin din rəsmisi insanları kriptovalyuta ilə ehtiyatlı olmağa çağırıb
Əli Ərbaş

"Kriptovalyuta etibarsız və sui-istifadəyə yol açdığı üçün onun caiz olduğunu deyə bilmərik".

“Report“ türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Əli Ərbaş deyib.

Onun sözlərinə görə, bu məsələ araşdırılması üçün tezis kimi mütəxəssislərə verilib.