Türkiyənin bank sektorunun aktivləri 56 % artıb

Türkiyənin bank sektorunun aktivləri 56 % artıb Bu il yanvarın 1-nə Türkiyənin bank sektorunun aktivləri 14 344,402 milyard Türk lirəsi (763,122 milyard dollar) təşkil edib.
Maliyyə
30 Yanvar , 2023 17:27
Türkiyənin bank sektorunun aktivləri 56 % artıb

Bu il yanvarın 1-nə Türkiyənin bank sektorunun aktivləri 14 344,4 milyard Türk lirəsi (763,1 milyard ABŞ dolları) təşkil edib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Bank Tənzimlənməsi və Nəzarət Qurumunun (Bankaçılıq Düzenleme və Denetleme Kurumu - BDDK) hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5 128,9 milyard lirə (272,9 milyard dollar) və ya 55,7% çoxdur.

2022-ci ilin sonuna sektorun aktivlərinin əsas hissələrini müştərilərə verilmiş kreditlər (7 580,7 milyard lirə və yaxud 4,033 milyard ABŞ dolları) və qiymətli kağızlara investisiyalar (2 370 milyard lirə və yaxud 1,261 milyard ABŞ dolları) təşkil edib ki, bunlar da 2021-ci ilin sonu ilə müqayisədə müvafiq olaraq 54,7 % və 60,5 % çoxdur.

Sektor ötən il 433,5 milyard lirə (23,1 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.

Son xəbərlər

Orphus sistemi