Türkiyədə yaxın həftələrdə dedollarizasiya sürətlənəcək

Türkiyədə yaxın həftələrdə dedollarizasiya sürətlənəcək Yaxın həftələrdə valyuta aktivlərinin ABŞ dollarından türk lirəsinə çevrilməsi sürətlənəcək.
Maliyyə
811
15 Yanvar , 2022 22:01
Türkiyədə yaxın həftələrdə dedollarizasiya sürətlənəcək

Yaxın həftələrdə valyuta aktivlərinin ABŞ dollarından türk lirəsinə çevrilməsi sürətlənəcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nebati bildirib.

Nebati deyib ki, inflyasiya dekabrda son 19 ilin ən yüksək göstəricisi olan 36%-ə çatıb. 2023-cü ilin ortalarına təyin edilmiş prezident və parlament seçkilərinə qədər isə inflyasiyanın birrəqəmli olacağı proqnozlaşdırılır.

2021-ci ilin dekabrında Türkiyə hökuməti əhalinin türk lirəsindəki şəxsi əmanətlərini qorumaq üçün milli valyutada depozitlərə marağı gücləndirmək tədbirlərinə başlayıb. Bununla fiziki şəxslər, dövlətin zəmanəti əsasında lirə ilə müəyyən müddətli əmanət hesabı aça biləcəklər. Bu əmanətlər 3, 6, 9 və 12 ay müddətinə açıla bilər.

Türk lirəsi 2021-ci ilin noyabrında ilin əvvəli ilə müqayisədə dəyərdən düşüb. Buna səbəb Mərkəzi Bankınhazırda 14% olan uçot dərəcəsini aşağı salmaqda davam edən siyasətidir.

Son xəbərlər

Orphus sistemi