2023-cü ildə Türkiyədə istehsal olunmuş real ümumi daxili məhsul (ÜDM) 2022-ci illə müqayisədə 4,5 % çox olub.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, yüksək inflyasiya şəraitində ötən il qonşu ölkədə istehsal olunmuş ÜDM-in dəyəri isə əvvəlki ilə nisbətən 75 % artaraq 26 trilyon 276,3 milyard lirəyə (841,5 milyard ABŞ dolları) çatıb.
Hesabat dövründə Türkiyədə adambaşına düşən ÜDM-in dəyəri isə 307 952 lirə və yaxud 13 110 ABŞ dolları olub.
Ötən il Türkiyədə maliyyə və sığorta fəaliyyəti 9 %, tikinti 7,8 %, əsas xidmətlər 6,4 %, digər xidmətlər 4,6 %, dövlət idarəetməsi, təhsil, insan sağlamlığı və sosial xidmət fəaliyyəti 3,8 %, daşınmaz əmlak 2,7 %, informasiya və rabitə 1,3 %, peşəkar, inzibati və yardımçı xidmət 1,2 %, sənaye 0,8 % artıb, kənd təsərrüfatı isə 0,2 % azalıb.