Türkiyədə dolların məzənnəsi qısa müddətə 6 lirədən aşağı düşüb

Maliyyə
  • 27 sentyabr, 2018
  • 12:57
Türkiyədə dolların məzənnəsi qısa müddətə 6 lirədən aşağı düşüb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Türkiyədə ABŞ dollarının məzənnəsi qısa müddətə 6 lirədən aşağı düşüb. 

"Report" bu barədə türk mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, TRY/USD nisbəti günə 6,12 ilə başlayıb. Gün ərzində onun ən yüksək həddi 6,1368, ən aşağı həddi isə 5,994 olub. 

Xatırladaq ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən gün uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 1,75-2%-dən 2-2,25%-ə çatdırmasından sonra Türkiyədə dollar 6,06 lirədən 6,11 lirəyə qədər bahalaşmışdı. 

44 - Tezliklə