Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları ötən həftə 3,656 milyard ABŞ dolları və yaxud 2,7 % artaraq 140,149 milyard ABŞ dollarına çatıb.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məbləğ qurumun tarixində rekord hədd sayılır.
Valyuta ehtiyatlarının 46,916 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,420 milyard ABŞ dolları və yaxud 3,1 % çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,236 milyon ABŞ dolları və yaxud 2,5 % artaraq 93,233 milyard ABŞ dolları təşkil edib.