Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,104 milyard ABŞ dolları və yaxud 2% azalaraq 104,352 milyard dollara enib.
Maliyyə
30 Yanvar , 2020 17:29
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,104 milyard ABŞ dolları və yaxud 2% azalaraq 104,352 milyard dollara enib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun statistik hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 26,840 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,266 milyard dollar və yaxud 4,5% azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 838 milyon dollar və yaxud 1,1% azalaraq 77,512 milyard dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi