Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 3,63 mlrd ABŞ dolları, yaxud 3,9% azalaraq 88,194 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
20 Avqust , 2020 16:39
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 3,63 mlrd ABŞ dolları, yaxud 3,9% azalaraq 88,194 milyard ABŞ dolları təşkil edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 42,816 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 2,414 mlrd ABŞ dolları, yaxud 5,3% azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,216 milyard ABŞ dolları, yaxud 2,6% azalaraq 45,378 mlrd ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi