Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,180 milyard ABŞ dolları və yaxud 1,3 % artaraq 94,867 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
17 İyun , 2021 16:23
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,180 milyard ABŞ dolları və yaxud 1,3 % artaraq 94,867 milyard ABŞ dolları təşkil edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 43,153 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına qalxıb. Bu isə həftəlik müqayisədə 896 milyon ABŞ dolları, yaxud 2 % azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,075 milyard ABŞ dolları, yaxud 4,2 % artaraq 51,713 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi