Türkiyə Mərkəzi Bankının sabahkı iclasda uçot dərəcəsini sabit saxlayacağı gözlənilir

Türkiyə Mərkəzi Bankının sabahkı iclasda uçot dərəcəsini sabit saxlayacağı gözlənilir Bunun nəticəsində dolların məzənnəsi yenidən 3,60 lirəni ötə bilər
Maliyyə
25 Aprel , 2017 15:05
Türkiyə Mərkəzi Bankının sabahkı iclasda uçot dərəcəsini sabit saxlayacağı gözlənilir

Bakı. 25 aprel. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankının (TCMB) sabah, aprelin 26-da keçirəcəyi növbəti iclasında uçot dərəcəsini və digər maliyyə alətlərinin faizlərini dəyişməsi gözlənilmir.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, agentliyin 7-si xarici, 14-ü yerli, cəmi 21 maliyyə qurumu arasında apardığı sorğunun nəticələrinə əsasən, əksər iqtisadçılar sabahkı iclasda dəyişiklik proqnozlaşdırmır.

Lakin Hollandiya "ING Bank"ının analitiki Petr Krpata gec likvidlik dəhlizinin borcvermə faizinin 0,75 faiz bəndi artırılaraq 12,5%-ə çatdırılacağını düşünür. 

Xatırladaq ki, martın 16-da keçirilən son iclasda TCMB gec likvidlik borcvermə faizini 11%-dən 11,75%-ə yüksəldib.

"Report"un analitik qrupu xəbər verir ki, sabahkı iclasda uçot dərəcəsi artırılmasa, Türkiyədə dolların məzənnəsinin yenidən 3,60 lirə səviyyəsini keçməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi