Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
Maliyyə
244
22 Oktyabr , 2020 15:13
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

"Report" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi dəyişdirilməyərək 10,25% səviyyəsində saxlanılıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında 12%-dən 11,25%-ə, fevralın 19-da keçirilmiş iclasında 11,25%-dən 10,75%-ə, martın 17-də keçirilmiş iclasında 10,75%-dən 9,75%-ə, aprelin 22-də keçirilmiş iclasında 9,75%-dən 8,75%-ə, mayın 21-də keçirilmiş iclasında 8,75%-dən 8,25-ə endirilib, sentyabrın 24-də keçirilmiş iclasında isə 8,25%-dən 10,25%-ə qaldırılıb.

Son xəbərlər

Orphus sistemi