Türk lirəsi dollar qarşısında növbəti antirekordu yeniləyib

Türk lirəsi dollar qarşısında növbəti antirekordu yeniləyib Türkiyə Mərkəzi Bankının (TMB) sabah uçot dərcəsini bir qədər də azaldacağına dair gözləntilər fonunda türk lirəsi ABŞ dolları qarşısında növbəti dəfə rekord həddə ucuzlaşıb.
Maliyyə
17 Noyabr , 2021 13:20
Türk lirəsi dollar qarşısında növbəti antirekordu yeniləyib

Türkiyə Mərkəzi Bankının (TMB) sabah uçot dərcəsini bir qədər də azaldacağına dair gözləntilər fonunda türk lirəsi ABŞ dolları qarşısında növbəti dəfə rekord həddə ucuzlaşıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 10.30 radələrində qonşu ölkədə 1 Amerika valyutası 10,45 lirəyə bərabər olub.

Xatırladaq ki, lirənin kəskin ucuzlaşması ötən ayın ortalarında TMB-nin üç vəzifəli şəxsinin, o cümlədən sədrin iki müavinin işdən çıxarılması fonunda başlayıb. Oktyabrın sonunda isə tənzimləyici qurum uçot dərəcəsini 18 %-dən 16 %-ə endirib. Bundan sonra milli valyutanın ucuzlaşması sürətlənib.

Son xəbərlər

Orphus sistemi