“Türk Hava Yolları”nın zərəri 60%-dən çoxdur

“Türk Hava Yolları”nın zərəri 60%-dən çoxdur Bu ilin I rübündə Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları”nın (THY) zərəri 61,5% artaraq 2,02 milyard TL (təxminən 297,3 milyon ABŞ dolları) olub.
Maliyyə
127
28 May , 2020 13:07
“Türk Hava Yolları”nın zərəri 60%-dən çoxdur

Bu ilin I rübündə Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları”nın (THY) zərəri 61,5% artaraq 2,02 milyard TL (təxminən 297,3 milyon ABŞ dolları) olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, THY bundan sonra zərərləri azaltmaq üçün daxili reyslərdə kabin baqajı almayacağını və qidalanma xidmətini ləğv etdiyini açıqlayıb.

Məlumata görə, eyni dövrdə THY-nin gəlirləri 3% artaraq 15,3 milyard TL-yə (təxminən 2,2 milyard ABŞ dollarına) yüksəlib. Hesabat dövründə qurumun maliyyə xərcləri isə 859 milyon TL (təxminən 126 milyon ABŞ dolları) olub.

Qeyd edək ki, daha öncə koronavirus pandemiyasının yayılması səbəbi ilə uçuşları dayandıran "Türk Hava Yolları" iyunun 4-dən daxili uçuşları, iyunun 10-dan etibarən isə beynəlxalq uçuşları bərpa edəcəyini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi