Bakı. 8 iyul. REPORT.AZ/ "Turanbank" ASC peşə bayramları münasibətilə
"Report"un Banka istinadən verdiyi xəbərə görə, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.
Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir. Bank, müştərilərə müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir.
Hazırda "Turanbank"ın 16 xidmət nöqtəsi (9-u regionlarda) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.
Qeyd edək ki, hər il 9 iyul Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.