"Turanbank" yeni fəaliyyət planı hazırlayır

"Turanbank" yeni fəaliyyət planı hazırlayır Bank sosial fəaliyyət sahəsində Polşa təcrübəsini tətbiq edəcək
Maliyyə
31 Oktyabr , 2016 12:41
Turanbank yeni fəaliyyət planı hazırlayır

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Turanbank" ASC Polşanın "SP Fond"un və AMFA-nın əməkdaşlarının iştirakı ilə özünün SPI4 (sosial fəaliyyət indeksi) qiymətləndirilməsini aparmaq üçün Sosial Audit keçirib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu zaman Bankın öz müştərilərinə, işçilərinə, cəmiyyətə və həmçinin ətraf mühitə qarşı nə dərəcədə sosial məsuliyyətli olması aydınlaşdırılıb, Bankın “Korporativ Sosial Məsuliyyət”, “Biznes etika” üzrə və digər istiqamətlərdə mövcud siyasət və qaydalarına nə dərəcədə əməl edilməsi yoxlanılıb. Qiymətləndirmənin nəticələri əsasında Bank üçün fəaliyyət planının hazırlanması nəzərdə tutulub.

Layihənin əsas məqsədi Bankın sosial fəaliyyətini qabaqcıl təcrübənin tətbiqi ilə inkişaf etdirməkdir.

Qeyd edək ki, "The Microfinance Centre" (MFC) tərəfindən Polşada əsası qoyulan "SP Fond" əsasən sosial fəaliyyətin idarə olunması üzrə universal standartların inteqrasiyasının təşviqi ilə məşğuldur. Fondun məqsədi maliyyə qurumlarına sosial fəaliyyətin daha təkmil idarə edilməsinə nail olmaq üçün xidmətlər göstərməkdir. 

Son xəbərlər

Orphus sistemi