"Turanbank"ın maliyyə auditini KPMG şirkəti həyata keçirəcək

"Turanbank"ın maliyyə auditini KPMG şirkəti həyata keçirəcək Bank seçilmiş kənar audit şirkəti ilə ardıcıl olaraq maksimum 3 il əməkdaşlıq edir
Maliyyə
22 Noyabr , 2016 14:34
Turanbankın maliyyə auditini KPMG şirkəti həyata keçirəcək

Bakı. 22 noyabr. REPORT.AZ/ "Turanbank" ASC-nin 2016-cı il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinin aparılması üçün kənar auditorun seçilməsi üçün keçirilmiş açıq tenderin qalibi KPMG audit şirkəti elan olunub.

"Report" bu barədə banka istinadən xəbər verir.

"Bank 2002-ci ildən etibarən Mərkəzi Bankın tələbi və Bankın daxili qaydlarına müvafiq olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin aparılması məqsədilə beynəlxalq nüfuza malik "Deloitte&Touche", "PricewaterhouseCoopers" və KPMG şirkətləri ilə əməkdaşlıq edir. Bank Korporativ İdarəetmə Standartlarının tələblərinə müvafiq olaraq seçilmiş bir kənar audit şirkəti ilə ardıcıl olaraq maksimum 3 il əməkdaşlıq edir", - deyə bankdan bildirilib. 

Son xəbərlər

Orphus sistemi