Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən "TuranBank" ASC 2024-cü ilin I rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
1 aprel 2024-cü il tarixinə "TuranBank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 7,4 % və yaxud 61 milyon manat artaraq 883,7 milyon manat olub. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın müştərilərə verilmiş kreditləri ötən ilin analoji dövrü ilə müqayisədə 13,5 % və yaxud 75,7 milyon manat artaraq 635 milyon manat, biznes müştərilərinə verilmiş kreditləri isə 15,7 % və yaxud 50 milyon manat artaraq 369,6 milyon manat təşkil edib. Bankın cəmi depozit portfeli ötən ilin sonu ilə müqayisədə 0,7 % və yaxud 3 milyon manat artaraq 461,9 milyon manat, o cümlədən fiziki şəxslərin depozitləri 1,9 % və yaxud 7,6 milyon manat artaraq 402,2 milyon manat olub ki, bu da müştərilərin Banka inamının yüksək olmasının göstəricisidir.
Bununla yanaşı ölkəmizdə sahibkarlığın, xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə daima dəstək olan, özəl sektorun inkişafına öz töhfəsini verən "TuranBank" III Aqrobiznesin İnkişafı Forumunda “2023-cü ildə mikrokreditləşmədə rəqabətliyin artımına ən çox töhfə verən bank” nominasiyasında mükafat qazanıb.
Hesabat dövründə TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində Zaqatala rayonunda yerləşən heyvan sığınacağını ziyarət edərək heyvanları qida, tibbi ləvazimatlar və digər bütün zəruri ehtiyaclarla təmin edib, həmçinin bütün satış nöqtələrinin qarşısında soyuq, qarlı havadan müdafiə olunması məqsədilə sahibsiz küçə pişiklər üçün evciklər quraşdırılmasını və onların daim yem, su ilə təmin olunmasını həyata keçirib. Təsadüfi deyil ki, Bankı "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi “Bankçılıq Mükafatları - 2023” tədbirində “Korporativ sosial məsuliyyət” və “Özünüməşğulluq Proqramında iştirak” nominasiyaları üzrə mükafatla təltif edib.
1992-ci ildən etibarən fəaliyyət göstərən "TuranBank" 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. "TuranBank"ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı
"TuranBank"
Bizimlə etibarlıdır …