​"Turanbank" dəmiryolçular üçün kredit kampaniyası keçirir

​"Turanbank" dəmiryolçular üçün kredit kampaniyası keçirir Azərbaycanın "Turanbank" ASC "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşlarına peşə bayramları münasibətilə oktyabrın
Maliyyə
10 Oktyabr , 2014 13:47
​Turanbank dəmiryolçular üçün kredit kampaniyası keçirir
Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanın "Turanbank" ASC "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşlarına peşə bayramları münasibətilə oktyabrın 13-15-də mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir. Göstərilən tarixlərdə "Turanbank"ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Bankın baş ofisindən "Report"a verilən məlumata görə, kredit faizlərində endirim "Turanbank"ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli sərəncamı ilə hər il 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi