Bakı. 14 aprel. REPORT.AZ/ “Turanbank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 538,885 mln. manat təşkil edib.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 2% çoxdur.
“Turanbank”ın aktivlərinin 50,9%-ni və yaxud 274,547 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 3 ayda Bankın kredit portfeli 2,8% kiçilib.
Hesabat dövründə “Turanbank”ın cəmi öhdəlikləri 2,4% artaraq 480,365 mln. manata, o cümlədən depozit portfeli 8,4% artaraq 245,238 mln. manata çatıb.
3 ay ərzində Bankın cəmi kapitalı isə 1,2% azalaraq 58,52 mln. manata düşüb.
Bu ilin I rübündə “Turanbank”ın faiz gəlirləri 7,76 mln. manat, faiz xərcləri 5,828 mln. manat, qeyri-faiz gəlirləri 1,074 mln. manat, qeyri-faiz xərcləri isə 3,373 mln. manat təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat zərəri 368 mln. manat olub.
“Turanbank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 831 min manat ayırıb və rübü 1,199 mln. manat zərərlə başa vurub.
Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55 003 470 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 082 manat olan 50 835 səhm əsasında formalaşıb. Səhmlərin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur.