“Turan Bank” nizamnamə kapitalını artırır

“Turan Bank” nizamnamə kapitalını artırır “Turan Bank” ASC-nin səhmdarları Bankın nizamnamə kapitalını 15 000 848 manat və yaxud 27,27% artıraraq 55 003 470 manatdan 70 004 318 manata çatdırmağa qərar verib.
Maliyyə
7 May , 2019 16:02
“Turan Bank” nizamnamə kapitalını artırır

“Turan Bank” ASC-nin səhmdarları Bankın nizamnamə kapitalını 15 000 848 manat və yaxud 27,27% artıraraq 55 003 470 manatdan 70 004 318 manata çatdırmağa qərar verib.

“Report” xəbər verir ki, bu barədə maliyyə qurumunun açıqlamasında bildirilir.

Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 082 manat olan 13 864 ədəd yeni adi, sənədsiz, adlı səhm buraxılacaq. Əvvəlcə bunun 9 244 ədədi və yaxud 10 002 008 manatlıq hissəsi, daha sonra isə 4 620 ədədi və yaxud 4 998 840 manatlıq hissəsi emissiya ediləcək. Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası həmin səhmləri dövlət qeydiyyatına alıb. 

Son xəbərlər

Orphus sistemi