"Turan Bank" maliyyə vəziyyətini açıqlayıb
- 16 aprel, 2025
- 13:18
Yeniliklərdən dərhal xəbərdar olun!
“Turan Bank” ASC bu ilin I rübünü 1,216 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 dəfə çoxdur.
Yanvar-mart aylarında “Turan Bank”ın gəlirləri 28,431 milyon manat (illik müqayisədə 12,6 % çox), xərcləri 21,505 milyon manat (0,5 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 5,709 milyon manat (52,6 % çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə “Turan Bank”ın aktivləri 875,469 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,9 % azdır. Bunun 627,184 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,4 % böyüyüb.
Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 3,8 % azalaraq 772,249 milyon manata, o cümlədən depozit portfeli 5,2 % azalaraq 437,826 milyon manata düşüb, balans kapitalı isə 27,5 % artaraq 103,22 milyon manat, o cümlədən nizamnamə kapitalı 25 % artaraq 100,006 milyon manat olub.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmləri 20 fiziki və 8 hüquqi şəxsə məxsusdur.