“Turan Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Turan Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək Noyabrın 6-sı, saat 15:00-da “Turan Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
182
25 Sentyabr , 2020 16:19
“Turan Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Noyabrın 6-sı saat 15:00-da “Turan Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 85 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 70 milyon manatdır. Bankın səhmlərinin 57,8%-i 20 fiziki şəxsə, 42,2%-i isə 8 hüquqi şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi