"Turan Bank"ın mənfəəti artıb

Maliyyə
  • 25 oktyabr, 2022
  • 10:54
Turan Bankın mənfəəti artıb

“Turan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 2,145 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5,3 dəfə çoxdur.

9 ay ərzində “Turan Bank”ın gəlirləri 54,784 milyon manat (illik müqayisədə 58,7 % çox), xərcləri 46,839 milyon manat (39,9 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 5,8 milyon manat (9,25 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Turan Bank”ın aktivləri 857,904 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 27,8 % çoxdur. Bunun 520,788 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 29,2 % böyüyüb.

Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 31,3% artaraq 767,754 milyon manata, o cümlədən depozit portfeli 36,1 % artaraq 492,369 milyon manata, balans kapitalı isə 4,2 % artaraq 90,15 milyon manata çatıb.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 80,005 milyon manatdır. Bankın səhmlərinin 58,1%-i 20 fiziki şəxsə, 41,9%-i isə 8 hüquqi şəxsə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti