Tramp administrasiyası FED dərəcəsinin azaldılmasını istəyir

Tramp administrasiyası FED dərəcəsinin azaldılmasını istəyir ABŞ Federal Ehtiyat Sistemi (FED) koronavirus səbəbi ilə yaranmış risklər fonunda ölkə iqtisadiyyatını dəstəkləmək üçün tədbirlər görməyə hazırdır.
Maliyyə
3 Mart , 2020 11:12
Tramp administrasiyası FED dərəcəsinin azaldılmasını istəyir

ABŞ Federal Ehtiyat Sistemi (FED) koronavirus səbəbi ilə yaranmış risklər fonunda ölkə iqtisadiyyatını dəstəkləmək üçün tədbirlər görməyə hazırdır.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə FED rəhbəri Cerom Pauell məlumat verib.

“ABŞ iqtisadiyyatının əsasları güclü olaraq qalır. Ancaq koronavirus iqtisadi fəaliyyət üçün artan risklər yaradır. FED hadisələri və onların iqtisadi perspektivlərə təsirini yaxından izləyir. Alətlərimizdən istifadə edəcəyik və iqtisadiyyatı dəstəkləmək üçün müvafiq addımlar atacağıq”, - C.Pauellin FED saytındakı açıqlamasında deyilir.

Son sutka ərzində qabaqcıl inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin fond indeksləri 3-5% geriləyib, son bir həftə ərzində isə eniş 10-15% olub.

Xatırladaq ki, ötən həftə bir çox inkişaf etmiş ölkələrin fond bazarları üçün sözün həqiqi mənasında bərbad olub. “Bloomberg”in məlumatına görə, Avropanın aparıcı indeksləri 12-13,5%, ABŞ göstəriciləri isə 14% dəyər itirib. İndekslərdə bundan yüksək azalma 2008-ci ilin oktyabrında qlobal maliyyə böhranı yaşanan zaman olub. 

Son xəbərlər

Orphus sistemi