"Total Finans Kredit İttifaqı"nın mənfəəti artıb

Maliyyə
  • 31 may, 2023
  • 12:59
Total Finans Kredit İttifaqının mənfəəti artıb

"Total Finans Kredit İttifaqı" MMC 2022-ci ili cəmi 230 manat mənfəətlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3,8 dəfə çoxdur.

Bu il yanvarın 1-nə "Total Finans Kredit İttifaqı"nın aktivləri və balans kapitalı 9 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,3 % azdır. Kredit təşkilatının öhdəlikləri yoxdur.

Xatırladaq ki, "Total Finans Kredit İttifaqı" 2020-ci ilin iyul ayında yaradılıb, Bakıda fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4 min manatdır.