“Topaz Investment” “Nikoil Bank”dakı payını 96%-ə çatdırıb
- 22 yanvar, 2019
- 12:30
Bakı. 22 yanvar. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.
“Report” xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 52 mln. manat və yaxud 17,6% artırılaraq 296 mln. manatdan 348 mln. manata çatdırılmasından sonra baş verib.
Kapital artımı üçün “Nikoil Bank”ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 2 manat olan 26 mln. ədəd yeni səhmi Bankın əsas səhmdarı – “Topaz Investment” QSC əldə edib. Bununla da, şirkətin “Nikoyl Bank”dakı payı 94,92%-dən 95,68%-ə yüksəlib.
Əvəzində digər səhmdarların Bankdakı payı azalıb. Belə ki, Marina Kulişovanın payı 4,96%-dən 4,22%-ə, “İSR Holdinq” MMC-nin payı isə 0,12%-dən 0,1%-ə düşüb.
Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında 2002-ci ildə yaradılıb.
| “Nikoil Bank”ın səhmdarlarının pay bölgüsü | ||||
| Səhmdarlar | Əvvəl | İndi | ||
| Məbləğ (mln. manatla) | Faiz nisbəti | Məbləğ (mln. manatla) | Faiz nisbəti | |
| “Topaz Investment” QSC | 280,958 | 94,92% | 332,958 | 95,68% |
| Marina Kulişova | 14,697 | 4,96% | 14,697 | 4,22% |
| “İSR Holdinq” MMC | 0,345 | 0,12% | 0,345 | 0,10% |
| Cəmi | 296,000 | 100,00% | 348,000 | 100,00% |