Tokio birjasının rəhbəri platformadakı texniki nasazlıq səbəbindən istefa verir

Tokio birjasının rəhbəri platformadakı texniki nasazlıq səbəbindən istefa verir Bu barədə gün ərzində rəsmi məlumat veriləcək
Maliyyə
30 Noyabr , 2020 15:43
Tokio birjasının rəhbəri platformadakı texniki nasazlıq səbəbindən istefa verir

Tokio Fond Birjasının prezidenti, 63 yaşlı Koitiro Miyahara Asiyanın ən böyük maliyyə platformasında oktyabrın 1-də baş vermiş görünməmiş texniki nasazlığa görə məsuliyyəti üzərinə götürmək məqsədi ilə istefa vermək qərarını gəlib.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi “Kyodo” informasiya agentliyi məlumat yayıb. Bu barədə gün ərzində rəsmi məlumat veriləcək.

Keçən ayın sonundan bəri Yaponiya Maliyyə Nazirliyi yanındakı nəzarət orqanının müfəttişləri oktyabrın 1-də texniki nasazılıq səbəbindən bütün bir iş günü fəaliyyətini dayandırmaq məcburiyyətində qalan Tokio Fond Birjasında yoxlamalar aparır. Bu, 1999-cu ildən bəri ən böyük nasazlıq olub. O zaman “Fujitsu Corporation” tərəfindən hazırlanmış kompüterləşdirilmiş əməliyyat sisteminin birjada işə salınması zamanı irihəcmli nasazlıq yaranmışdı.

Qeyd edək ki, bu sistemdə nasazlıqlar əvvəllər də olub. O cümlədən 2005 və 2006-cı illərdə texniki problemlər səbəbindən bütün əməliyyatlar bir neçə saat kəsilib. 2012-ci ildəki nasazlıq zamanı isə 200 mövqedə ticarət dayandırılmışdı.

Əlavə edək ki, Tokio Fond Birjasında gündə orta hesabla 3 trilyon yen (təqribən 29 milyard ABŞ dolları) dəyərində səhmlər alınıb-satılır. Yaponiya hökuməti mümkün qədər çox xarici oyunçu cəlb edərək bu platformanın beynəlxalq maliyyə mərkəzi rolunu gücləndirmək niyyətindədir. Bu səbəbdən də birjadakı problemlərdən son dərəcə narahatdır.

Son xəbərlər

Orphus sistemi