2019-cu ildə Azərbaycanda dövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı bölməsindən Bakı şəhərində məişət tullantılarının toplanması, emalı və utilizasiyası işlərinin görülməsi üçün İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC-yə 30 milyon manat ayrılıb.
“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bundan başqa, istilik təchizatı ilə bağlı xərclər üçün "Azəristiliktəchizat" ASC-yə 16,5 milyon manat, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə əhaliyə göstərilən mənzil-məişət və kommunal xidmətlər üzrə xərclər üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 6,1 milyon manat vəsait yönəldilib.
2019-cu ildə dövlət büdcəsindən yanacaq və enerji xərcləri bölməsinə 7,8 milyon manat vəsait ayrılıb. Bu bölmədən bərpa olunan enerji resurslarının mənbələrinin müəyyən olunması və bu sahənin inkişafı üçün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə 4,6 milyon manat xərc çəkilib.