Təminat Fondu bu ilin 9 ayında 90 milyon manat gəlir əldə edib

Təminat Fondu bu ilin 9 ayında 90 milyon manat gəlir əldə edib Bu ilin yanvar-sentyabr aylarında Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu 89,633 milyon manat gəlir əldə edib.
Maliyyə
23 Dekabr , 2020 15:08
Təminat Fondu bu ilin 9 ayında 90 milyon manat gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu 89,633 milyon manat gəlir əldə edib.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənəddə həmçinin deyilir ki, 9 aylıq gəlirin 5,926 milyon manatı dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqq, 16,564 milyon manatı Təminat Fonduna yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir, 36,426 milyon manatı bərpa müqavilələri və təkrar borc sazişləri üzrə daxilolmalar, 30,716 milyon manat digər mənbələrdən (Serbiyadan əsas borc və faiz ödənişləri) daxilolmalar olub.

1 noyabr 2020-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının sərbəst mənfəətindən Təminat Fonduna 1 milyard manat vəsait daxil olub. Beləliklə, qeyd olunan tarixə Təminat Fondunun vəsaitinin qalığı (manat ekvivalentində) 2,034 milyard manat təşkil edib ki, bunun da 0,765 milyard manatı Dövlət Neft Fondunda idarəetmədə olub.

Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilat üzrə qaytarılması ilə bağlı Maliyyə Nazirliyinin təqdim etdiyi məlumatların təhlilindən görünür ki, 2020-2024-cü illər üzrə dövlət büdcəsinə bu müəssisələrdən daxilolmalar 2,875 milyard manat, o cümlədən 2020-ci ildə 582 milyon manat, 2021-ci ildə 573 milyon manat təşkil etməlidir.

Son xəbərlər

Orphus sistemi