Təhsildə Keyfiyyət Təminatı Agentliyinin mənfəəti 5 dəfə artıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin mənfəəti 5 dəfə artıb Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2023-cü ili 302 min manat mənfəətlə başa vurub.
Maliyyə
5 Avqust , 2024 15:14
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin mənfəəti 5 dəfə artıb

Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2023-cü ili 302 min manat mənfəətlə başa vurub.

“Report” Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 5 dəfə çoxdur.

Ötən il TKTA-nın əsas əməliyyat gəlirləri 1,626 milyon manat (illik müqayisədə 48,2 % çox), satışının maya dəyəri 1,296 milyon manat (27,9 % çox), sair əməliyyat gəlirləri 6,763 milyon manat (5,8 dəfə çox), istifadə etdiyi material ehtiyatlarının dəyəri 5 min manat (25 % çox), işçi heyəti üzrə xərcləri 646 min manat (5,7 % az), amortizasiya xərcləri 50 min manat (9,1 % az), sair əməliyyat xərcləri isə 6,09 milyon manat (13,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə TKTA-nın aktivləri 6,127 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 46,4 % azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 2 dəfə azalaraq 5,417 milyon manata düşüb, balans kapitalı isə 74,2 % artaraq 709 min manata çatıb.

Xatırladaq ki, TKTA ölkə prezidentinin 29 dekabr 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Agentlik Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi ilə məşğuldur.

Son xəbərlər

Orphus sistemi