Təhlükəsizlik xidməti göstərən şirkətin xalis mənfəəti 2 dəfədən çox artıb
- 22 iyul, 2022
- 05:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda təhlükəsizlik xidməti göstərən şirkət - “GESCO” ASC 2021-ci ili 3,145 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 2,1 dəfə çoxdur.
Ötən il “GESCO”nun vergiyəqədərki mənfəəti 3,931 milyon manat (illik müqayisədə 2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 786 min manat (2,1 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “GESCO”nun aktivləri 10,708 milyon manat olub ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 6,6 dəfə artaraq 10,704 milyon manata çatıb, balans kapitalı isə 868 dəfə azalaraq 4 min manata düşüb.
Xatırladaq ki, “GESCO” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4 min manatdır.