"TCF" BOKT ötən ili mənfəətlə başa vurub

"TCF" BOKT ötən ili mənfəətlə başa vurub "TCF" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 88 min manat mənfəətlə başa vurub. Halbuki BOKT 2019-cu ildən 132 min manat zərərlə çıxmışdı
Maliyyə
15 Mart , 2021 10:11
TCF BOKT ötən ili mənfəətlə başa vurub

"TCF" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 88 min manat mənfəətlə başa vurub. Halbuki BOKT 2019-cu ildən 132 min manat zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, bu il yanvarın 1-nə "TCF"in aktivləri 3,16 milyon manat olub ki, bu da illik müqayisədə 4,3 dəfə çoxdur. Bunun 2,748 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Ötən il BOKT-un kredit portfeli 3,9 dəfə böyüyüb.

Hesabat dövründə "TCF"in öhdəlikləri 4,6 dəfə artaraq 2,997 milyon manata, balans kapitalı isə 2,2 dəfə artaraq 163 min manata çatıb.

Xatırladaq ki,"TCF" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 450 min manatdır. BOKT-un səhmdarı 100% Tahir Rəhimovdur.

Son xəbərlər

Orphus sistemi