"TCF" BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 27 may, 2024
  • 05:56
TCF BOKT maliyyə vəziyyətini açıqlayıb

"TCF" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 612 min manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,3 dəfə çoxdur.

Ötən il "TCF"nin vergiyəqədərki mənfəəti 858 min manat (əvvəlki ilə nisbətən 70,2 % çox), mənfəət vergisi ödəmələri isə 246 min manat (5,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "TCF"in aktivləri 16,978 milyon manat olub ki, bu da illik müqayisədə 1,9 % çoxdur. Bunun 15,846 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 27,5 % böyüyüb.

Hesabat dövründə "TCF"in öhdəlikləri 1,9 % azalaraq 15,115 milyon manata düşüb, balans kapitalı isə 48,9 % artaraq 1,863 milyon manata çatıb.

Xatırladaq ki,"TCF" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 450 min manatdır. BOKT-un səhmdarı 100% "Baku Electronics" MMC-dir.

Son xəbərlər

Bütün Xəbər Lenti