Tahir Mirkişili: "Parlament və hökumət arasında səmərəli əməkdaşlıq var"

Tahir Mirkişili: "Parlament və hökumət arasında səmərəli əməkdaşlıq var" "2023-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin həm komitə iclasları, həm də plenar iclaslar zamanı geniş, peşəkar müzakirələrində Nazirlər Kabinetinin, hökumət üzvlərinin aktiv iştirak etməsi parlament və hökumət arasında səmərəli əməkdaşlığının m
Maliyyə
9 Dekabr , 2022 11:54
Tahir Mirkişili: Parlament və hökumət arasında səmərəli əməkdaşlıq var
Tahir Mirkişili

"2023-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin həm komitə iclasları, həm də plenar iclaslar zamanı geniş, peşəkar müzakirələrində Nazirlər Kabinetinin, hökumət üzvlərinin aktiv iştirak etməsi parlament və hökumət arasında səmərəli əməkdaşlığının mühüm göstəricilərindən biridir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

"Deputat həmkarlarım seçildikləri dairələrdən daxil olan seçici müraciətləri əsasında bir sıra mövcud problemlərin və çağırışların həlli üçün də təkliflərlərlə çıxış ediblər. Təcrübə göstərir ki, bu müraciələrin bir çoxu müəyyən zaman çərçivəsində öz həllərini tapır, Nazirlər Kabinetinin illik hesabatında bu barədə məlumatlar da verilir. Amma edilən müraciətlərin büdcə tərtibi prosesi ilə uzlaşması üçün fikrimizcə yeni mexanizmlərə ehtiyac var. İnanırıq ki, hökumətlə səmərəli əməkdaşlıq mühiti bizə bu mexanizmləri işləyib hazırlamağa imkan verəcək", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi