"Swiss Re" rəsmisi: "Sığorta şirkətlərinin təbii fəlakətlərlə bağlı xərcləri 2 dəfə arta bilər"

"Swiss Re" rəsmisi: "Sığorta şirkətlərinin təbii fəlakətlərlə bağlı xərcləri 2 dəfə arta bilər" Yaxın 10 ildə sığorta şirkətlərinin təbii fəlakətlərlə bağlı xərclərinin 2 dəfə artacağı gözlənilir.
Maliyyə
20 İyun , 2024 13:04
Swiss Re rəsmisi: Sığorta şirkətlərinin təbii fəlakətlərlə bağlı xərcləri 2 dəfə arta bilər

Yaxın 10 ildə sığorta şirkətlərinin təbii fəlakətlərlə bağlı xərclərinin 2 dəfə artacağı gözlənilir.

"Report" xəbər verir ki, bunu İsveçrənin təkrarsığorta nəhəngi - "Swiss Re" şirkətinin vitse-prezidenti Gepa Jansen Klaus Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024), "İqlim dəyişikliyinin təsiri altında sığorta" adlı panel müzakirələrində bildirib.

"Halbuki, son 30 ildə sığortaçıların təbii fəlakətlə bağlı ödənişləri cəmi 30 % artıb. Bundan sonra dünyada iqlim dəyişiklikləri getdikcə daha geniş vüsət alacaq", - deyə o qeyd edib.

"Mən hər dəfə Bakıya gələndə onun necə inkişaf etdiyinin şahidi oluram. Şəhərdə çoxlu gözəl binalar görürük ki, bunlar da sığorta bazarı üçün dəyərdir. Bu sahədə görüləcək çox iş var", - deyə ekspert əlavə edib.

"Hazırda dünyada insanların 75 %-i sığorta ilə əhatə edilməyib və müdafiəsizdir. Missiyamız bu rəqəmi azaltmaqdır. Apardığımız analizlərə əsasən, ötən il Asiya və Şimali Amerikada 36 ölkə kifayət qədər iqlim dəyişikliklərinin təsirinə məruz qalıb. Təbii fəlakətlər bu ölkələrə 200 milyard ABŞ dolları civarında təsir edib. Məsələn, Türkiyə və Suriyada baş verən zəlzələ iqtisadiyyatda 8 milyard dollarlıq itkilərə səbəb olmuşdu ki, bunun da 90%-i sığortasız olduğu üçün qarşılanmadı", - deyə qonaq vurğulayıb.

Son xəbərlər

Orphus sistemi