SWIFT kiberhücumlarla bağlı banklara xəbərdarlıq edib

SWIFT kiberhücumlarla bağlı banklara xəbərdarlıq edib Xakerlər texniki dəstək kompüterlərinə çıxış imkanı yaradan proqram təminatından istifadə edirlər
Maliyyə
13 Dekabr , 2016 14:52
SWIFT kiberhücumlarla bağlı banklara xəbərdarlıq edib

Bakı. 13 dekabr. REPORT.AZ/ SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications) beynəlxalq ödəniş təşkilatının rəhbərliyi kiberhücumlarla bağlı banklara xəbərdarlıq edib.

"Report"un verdiyi xəbərə görə, xəbərdarlıqda xakerlərin yerli bank sistemlərinin "sındırılması" üçün öz metodlarını inkişaf etdirdikləri bildirilir. Yeni üsullardan biri xakerlərə texniki dəstək kompüterlərinə çıxış imkanı yaradan proqram təminatının istifadəsi ilə bağlıdır.

Qeyd edək ki, SWIFT hazırda qlobal maliyyə bazarlarında, əsasən də banklar arasında maliyyə əlaqələrini yaradan və yüksək təhlükəsizliyə sahib olan sistemdir. Bu sistem vasitəsilə hər gün maliyyə təşkilatları arasında 7 mln.-a yaxın əməliyyat həyata keçirilir. Sistemin 209 ölkədə 11 minə yaxın üzvü qeydə alınıb və bunun 9 minini banklar təşkil edir.

Azərbaycanda da əksər banklar SWIFT sisteminə qoşulub. Sistemə qoşulmaq üçün ödəniləcək məbləğ 400 min Belçika frankı (11 200 ABŞ dollar) təşkil edir.

Son xəbərlər

Orphus sistemi