Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi qanunvericiliyin tələblərini pozub

Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi qanunvericiliyin tələblərini pozub Hesablama Palatası: Bağlanmış hesablarda aşkarlanan vəsaitlər dövlət büdcəsinə qaytarılıb
Maliyyə
30 Avqust , 2016 18:05
Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi qanunvericiliyin tələblərini pozub

Bakı. 30 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi qanunvericiliyin tələblərini pozub.

"Report" bu barədə dövlət büdcəsindən 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-mart aylarında Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılmış vəsaitlərin istifadəsinə dair Hesablama Palatası tərəfindən həyata keçirilmiş auditin nəticələrinə əsasən xəbər verir. 

Ünvanlı dövlət sosial yardımı (ÜSY) təyinatı üzrə bir sıra hallarda qanunvericiliyin tələblərinə əməl edilməyib, 56 iş üzrə ailənin əmək haqqı gəlirləri, 36 iş üzrə sosial müavinətlərdən, 17 iş üzrə əmək pensiyalarından, 22 iş üzrə torpaq payından, 11 iş üzrə digər mənbələrdən gəlirləri haqqında, 16 iş üzrə ailənin tərkibi, 2 iş üzrə kredit öhdəliyi, 1 iş üzrə edilmiş alqı-satqı, 100 iş üzrə ailənin istifadəsində avtomobilin olması haqqında düzgün və ya tam məlumat verilməyib, 2 iş üzrə ailənin əmək qabiliyyətli üzvünün işləmədiyi, 16 məcburi köçkün işi üzrə kommunal xidmətlərə görə ödəmələr düzgün nəzərə alınmayıb, 2 iş üzrə Azərbaycanda daimi yaşamayan əcnəbi ailənin tərkibinə daxil edilib, nəticədə ÜSY üzrə artıq ödəmələr yaranıb.

Sosial müavinətlər və təqaüdlərin təyinatı və ödənişi zamanı da qanunvericilliyin bir sıra tələblərinə əməl edilməyib, əmək pensiyası hüququ olduğu halda 5 iş üzrə əlilliyə görə, 3 iş üzrə sağlamlıq imkanlarının məhdudluğuna görə, 1 iş üzrə ailə başçısının itirilməsinə görə, 7 iş üzrə kommunal güzəştlərin ləğv edilməsinə görə sosial müavinət ödənilib, 16 iş üzrə vətəndaşın vəfat etdiyi tarix dəqiqləşdirilməyib, 7 iş üzrə səhv hesablamalara yol verilib, birdəfəlik müavinətlərin ödənilməsində nöqsanlar olub.

Təqdim edilmiş məlumatlara əsasən auditin başladığı tarixə həm ünvanlı dövlət sosial yardımı, həm də sosial müavinətlər və təqaüdlər üzrə bağlanmış hesablarda istifadəsiz qalmış vəsaitlər mövcud olduğu müəyyən edilib və həmin vəsaitlər audit dövründə dövlət büdcəsinə qaytarılıb.

Son xəbərlər

Orphus sistemi