"Sumqayıt Kimya Sənaye Parkı"nın gəlirləri və xərcləri 20%-ə yaxın azalıb

"Sumqayıt Kimya Sənaye Parkı"nın gəlirləri və xərcləri 20%-ə yaxın azalıb İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC 2020-ci ildə 18,574 milyon manat gəlir əldə edib.
Maliyyə
13 Oktyabr , 2021 17:37
Sumqayıt Kimya Sənaye Parkının gəlirləri və xərcləri 20%-ə yaxın azalıb

İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC 2020-ci ildə 18,574 milyon manat gəlir əldə edib.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 16,15% azdır.

"Sumqayıt Kimya Sənaye Parkı"nın ötənilki gəlirlərinin 18,534 milyon manatı əsas əməliyyat gəlirləri, 40 min manatı isə sair əməliyyat gəlirləridir. Bunlar isə əvvəlki ilə nisbətən müvafiq olaraq 16% və 2 dəfə azdır.

2020-ci ildə dövlət şirkətinin xərcləri isə 2019-cu illə müqayisədə 18% azalaraq 18,154 milyon manat olub. O cümlədən qurumun istifadə edilmiş material ehtiyyatları üzrə xərcləri 3 dəfə azalaraq 49 min manat, işçi heyəti üzrə xərcləri 72,7% artaraq 3,414 milyon manat, amortizasiya xərcləri 6,2% azalaraq 4,175 milyon manat, digər əməliyyat xərcləri 33,3% azalaraq 10,119 milyon manat, sair əməliyyat xərcləri isə 3,1% artaraq 398 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi