STM: "Sığorta şirkətlərinin Mediasiya Şurası ilə əməkdaşlığının müsbət nəticələrinə inanırıq"

STM: "Sığorta şirkətlərinin Mediasiya Şurası ilə əməkdaşlığının müsbət nəticələrinə inanırıq" Sosial Tədqiqat Mərkəzi (STM) sığorta şirkətlərinin Mediasiya Şurası ilə əməkdaşlığının müsbət nəticələrinə inanır.
Maliyyə
17 İyul , 2023 11:16
STM: Sığorta şirkətlərinin Mediasiya Şurası ilə əməkdaşlığının müsbət nəticələrinə inanırıq
Zahid Oruc

Sosial Tədqiqat Mərkəzi (STM) sığorta şirkətlərinin Mediasiya Şurası ilə əməkdaşlığının müsbət nəticələrinə inanır.

"Report" xəbər verir ki, bunu STM-in İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "Sığorta mübahisələrinin uğurlu həll yolları" mövzusunda Elmi-Praktik Konfransda bildirib.

"Mediasiya Şurası ölkəmizdə yeni olsa da, əsl xalq institutu kimi ictimai etibar qazanmaqdadır. Bu qurum hakimiyyətin üzərinə düşən məsuliyyəti bölüşür. STM əhalinin sığortaya münasibətini, xidmət alanların məmnuniyyətini tədqiq edərkən alternativ təsisatlara və addımlara ehtiyac olduğunu müəyyən edib", - deyə o qeyd edib.

"44 günlük Vətən Müharibəsindəki qələbə və bir milyona qədər məcburi köçkünün öz doğma torpaqlarına sığorta sistemini daha böyük coğrafiyada - işğaldan azad edilmiş ərazilərdə yeni əsaslarla qurmaq fürsəti deməkdir", - deyə Z.Oruc əlavə edib.

Son xəbərlər

Orphus sistemi