"​Standard & Poor's" agentliyi "PAŞA Bank"ın reytinqini təsdiqləyib

"​Standard & Poor's" agentliyi "PAŞA Bank"ın reytinqini təsdiqləyib Bu, Azərbaycanın özəl bankları arasında ikinci üstün reytinqdir
Maliyyə
9 Dekabr , 2014 11:51
​Standard & Poor's agentliyi PAŞA Bankın reytinqini təsdiqləyib
Bakı. 9 dekabr. REPORT.AZ/ "Standard & Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycanın aparıcı bank təşkilatlarından olan "PAŞA Bank" ASC-nin uzunmüddətli kredit reytinqini "BB", qısamüddətli reytinqini "B" səviyyəsində, reytinqlər üzrə proqnozu isə "stabil" səviyyəsində yenidən təsdiq edib. "PAŞA Bank"ın baş ofisindən "Report"a bildirilib ki, bu, Azərbaycanın 100% yerli kapitala malik olan özəl bankları arasında ən yüksək, ümumiyyətlə ölkənin özəl bankları arasında ikinci üstün reytinqdir.

Qeyd edək ki, reytinq agentliyi "PAŞA Bank"ın reytinqini ilk öncə 2012-ci ilin sentyabr ayında müəyyənləşdirib və 2013-cü ilin dekabr ayında yenidən təsdiqləyib.

Xatırladaq ki, "PAŞA Bank" ASC 2007-ci ildə təsis olunub. Bank geniş spektrli korporativ bank xidmətləri göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir.

Son xəbərlər

Orphus sistemi