“Standard & Poor's” Rusiyanın uzunmüddətli kredit reytinqini təsdiqləyib

“Standard & Poor's” Rusiyanın uzunmüddətli kredit reytinqini təsdiqləyib “Standard Poor's” (SP) beynəlxalq reytinq agentliyi Rusiyanın uzunmüddətli kredit reytinqini “BBB-“ səviyyəsində təsdiqləyib.
Maliyyə
9 Avqust , 2021 12:45
“Standard & Poor's” Rusiyanın uzunmüddətli kredit reytinqini təsdiqləyib

“Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi Rusiyanın uzunmüddətli kredit reytinqini “BBB-“ səviyyəsində təsdiqləyib.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, agentlik açıqlamasında qonşu ölkənin paytaxtı Moskvaya xüsusi diqqət yetirib, bu şəhərin ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyətə malik olduğunu, ümumi daxili məhsulun 20%-ni təmin etdiyini bəyan edib.

“Moskva iqtisadiyyatı yüksək dərəcədə şaxələnməsi ilə xarakterizə olunur. Paytaxtın əhalisi artmaqda davam edir, işsizlik səviyyəsi isə getdikcə azalıb. Bu il avqustun 1-nə işsizlər əmək qabiliyyətli əhalinin cəmi 0,55%-ni təşkil edib”, - deyə S&P qeyd edib.

Bu il Rusiya iqtisadiyyatının artım tempini 3,7% səviyyəsində qiymətləndirən agentlik hesab edir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin məhdudiyyətləri götürüldükdən sonra ölkədə, xüsusilə paytaxtda nəzərəçarpacaq dərəcədə inkişaf müşahidə ediləcək.

Son xəbərlər

Orphus sistemi