"Standard & Poor's" kredit reytinqi üzrə proqnozunu yüksəldib

"Standard & Poor's" kredit reytinqi üzrə proqnozunu yüksəldib Standard & Poor's (S&P) beynəlxalq reytinq agentliyi İngiltərənin kredit reytinqi üzrə proqnozunu Mənfidən Sabitə dəyişib.
Maliyyə
18 Dekabr , 2019 16:27
Standard & Poor's kredit reytinqi üzrə proqnozunu yüksəldib

"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi İngiltərənin kredit reytinqi üzrə proqnozunu "Mənfi"dən "Sabit"ə dəyişib.

"Report" bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, ölkənin xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli reytinqi isə AA/A-1+ səviyyəsində təsdiqlənib. 

"S&P" bu il İngiltərədə iqtisadi artımın 1,3%, növbəti 3 ildə isə müvafiq olaraq 1%, 1,7% və 1,6% təşkil edəcəyini proqnozlaşdırır. 

Son xəbərlər

Orphus sistemi