Azərbaycanda bağlanmış sığortaçının rəsm əsərləri təkrar hərraca çıxarılır

Azərbaycanda bağlanmış sığortaçının rəsm əsərləri təkrar hərraca çıxarılır Sentyabrın 21-də, saat 11:00-da ləğv prosesində olan "Standard Insurance” Sığorta Şirkəti ASC-yə məxsus rəsm əsərləri təkrar hərraca çıxarılacaq.
Maliyyə
16 Sentyabr , 2021 13:08
Azərbaycanda bağlanmış sığortaçının rəsm əsərləri təkrar hərraca çıxarılır

Sentyabrın 21-də, saat 11:00-da ləğv prosesində olan "Standard Insurance” Sığorta Şirkəti ASC-yə məxsus rəsm əsərləri təkrar hərraca çıxarılacaq.

Bu barədə “Report”a qurumun Ləğvetmə Komissiyasından bildirilib.

Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq.

5 rəsm əsərinin hər biri üçün 1 350 manat qiymət müəyyən edilib. Bu məbləğin 5%-i, yəni 67,5 manat beh kimi ödənilməlidir.

Hərrac predmetlərinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Rəsm əsəri

Müəllif

Ölçü

Hərrac dəyəri

Behin məbləği

Şəkil "Teiptix Dəniz mənzərəsi"

Müseib Əmirov

65x196-1-1

1 350

67,5

Şəkil "Teiptix Dəniz mənzərəsi"

Müseib Əmirov

65x196-1-2

1 350

67,5

Şəkil "Teiptix Dəniz mənzərəsi"

Müseib Əmirov

65x196-1-3

1 350

67,5

Şəkil "Köhnə Bakı"

Şübhan Məmmədov

80x140

1 350

67,5

Şəkil "Mənim Bakım"

Sübhan Məmmədov

60x100.5

1 350

67,5

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:

https://e-herrac.com/advertisement/dasinar-emlak/diger/tekrar-herracin-kecirilmesine-dair-elan-1

Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi