Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin Ləgvetmə Komissiyasının sifarişi ilə ləğvetmədə olan şirkətə məxsus 942 ədəd inventarlar (elektron avadanlıqları, kondisionerlər və ofis mebelləri) açıq hərraca çıxarılıb.
"Report" xəbər verir ki, bu batrədə Ləğvetmə Komissiyası məlumat yayıb.
Bİldirilir ki, hərrac açıq auksion formasında sifarişçinin müəyyənləşdirdiyi qaydalara uyğun keçirilməklə avqustun 23-ü, saat 11:00-a (növbəlik qaydasında) təyin edilib.
Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.
Qeyd edək ki, 942 ədəd inventarların ümumilikdə ilkin satış qiyməti 21 050 manat məbləğində müəyyənləşdirilib. Hərracda iştirak üçün ilkin satış qiymətinin 5 %-i, yəni 1 052,50 manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə iki iş günü qalanadək hərrac sifarişçisinin aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.